25 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Maliyyə dəstəyi proqramları şəffaf fəaliyyət göstərməyin üstünlüklərini nümayiş etdirdi

Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyi iki proqram üzrə dörd mərhələdə həyata keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsini icra edən Orxan Nəzərli “Postpandemiya dövründə vergi sistemi” mövzusunda videoformatda keçirilən konfransda qeyd edib ki, həmin proqramların mahiyyəti sahibkarların muzdlu işçilərinə ödədikləri əməkhaqqının bir hissəsinin dövlətin ayırdığı vəsait hesabına ödənilməsi, fərdi sahibkarlara isə birbaşa maliyyə dəstəyinin göstərilməsidir. Hər iki proqram üzrə ümumi həcmi 358 milyon manat olan maliyyə vəsaiti sahibkarların bank hesabına köçürülüb:
“Vergi inzibatçılığının prinsiplərinə uyğun olaraq şəffalığın təmin edilməsi məqsədilə elektron alətlər əsasında nəzarət sistemi quruldu. Maliyyə dəstəyi proqramları şəffaf fəaliyyət göstərməyin üstünlüklərini bir daha nümayiş etdirdi. Çünki işçiləri ilə əmək müqaviləsi bağlayan, əməkhaqqı fondlarını “qara mühasubat” üzərindən aparmayan vergi ödəyiciləri bu proqramlardan daha çox faydalandılar”.

Qeyd edilib ki, 2020-ci il ərzində rəsmi qeydiyyata alınan əmək müqavilərələinin ümumi sayı pandemiyadan əvvəlki 1 mart 2020-ci il tarixinə olan müqavilə sayına nisbətən əhəmiyyətli dərəcədə artıb.

Bunun əsas səbəbi dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi üçün başlıca şərtlərdən birinin işçilərin ixtisarına yol verilməməsidir.

Əməkhaqqı üzrə ayrılan vəsaitlərin işçilərə çatdırılmasına ciddi nəzarət edilib və maliyyə dəstəyi bütövlükdə bütün sahibkarlara nağdsız şəkildə, onların bank hesablarına köçürülməsi yolu ilə həyata keçirilib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?