19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat Nazirliyi Dünya Bankı ilə əməkdaşlığın inkişaf istiqamətlərini müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Mayklın rəhbərlik etdiyi nümayəndə heyəti ilə videokonfrans formatda görüşü keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, görüşdə ölkəmizin Dünya Bankı ilə əməkdaşlığa önəm verdiyi və əlaqələrin çoxşaxəli olduğu vurğulanıb. Bankla əməkdaşlığın inkişaf istiqamətləri və Azərbaycanda aparılan islahatlara dəstək barədə müzakirələrin aparıldığı görüşdə Dünya Bankının ölkəmiz üzrə hazırlayacağı xüsusi iqtisadi və maliyyə araşdırmalarının əhəmiyyəti qeyd edilib, araşdırmalar üzrə əsas aspektlər diqqətə çatdırılıb. Bildirilib ki, Bankın hazırlayacağı Ölkə İqtisadi Memorandumu (Country Economic Memorandum-CEM), Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (Financial Sector Assessment Program - FSAP) və Sistematik Ölkə Diaqnostikası (Systematic Country Diagnostic - SCD) araşdırmaları prioritet inkişaf hədəflərinə nail olunmasına töhfə verəcək.

Görüşdə qeyd olunan araşdırmaların hazırlanmasında İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?