15 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

TAP əməkdaşlıq və davamlı inkişafda Azərbaycanın strateji tərəfdaş rolunu daha da gücləndirir

Energetika naziri Pərviz Şahbazov “Trans-Adriatik” qaz boru kəmərinin (TAP) operatoru olan TAP AG şirkətinin icraçı direktoru Luca Schieppati ilə videokonfrans formatında görüş keçirib.

Energetika Nazirliyindən bildirilib ki, görüşdə TAP layihəsi üzrə işlərin planlaşdırılan vaxtda yekunlaşması yüksək qiymətləndirilib və kəmərin kommersiya fəaliyyətinə başlamasının Cənub Qaz Dəhlizinin tam istismara verilməsində mühüm addım olduğu bildirilib. Qeyd edilib ki, TAP ölkəmizi Avropa ilə uzun müddətə birləşdirən daha bir enerji bağlantısı olaraq enerji təhlükəsizliyi, əməkdaşlıq və davamlı inkişafda Azərbaycanın strateji tərəfdaş rolunu daha da gücləndirir. Layihənin, həmçinin Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıdığı, yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin etdiyi, enerji təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın diversifikasiyasında, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rol oynadığı vurğulanıb.

Daha sonra TAP layihəsinin genişləndirilməsi - kəmərin ümumi gücünün 20 milyard kubmetrədək artırılması, təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək bazar sınaqlarının aparılması, iqlim dəyişikliyi ilə mübarizə, ətraf mühitin qorunması ilə bağlı “Yaşıl saziş” və enerji bazarlarının bərpası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Azərbaycanın kommersiya qazının TAP boru kəməri vasitəsilə Avropaya tədarükünə ötən il dekabrın 31-də başlanılıb.

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?