13 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ortamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib

Fevralın 9-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106004887 ISIN-li, 35 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 96.1315 AZN (9 faiz) və 98.69 AZN (7.9997 faiz) olan 26 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 97.4001 AZN (8.5 faiz), orta ölçülmüş qiyməti 97.7568 AZN (8.3608 faiz) müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 105 milyon 292 min 800 manat, yerləşdirilmiş həcmi isə 25 milyon 659 min 300 manat təşkil edib. İstiqrazlar 2024-cü il fevralın 6-da ödəniləcək. Hərrac iştirakçıları fevralın 10-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?