11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Fevralın 10-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən bildirilib ki, hərraca çıxarılan notların həcmi 100 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar martın 10-da ödəniləcək.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) çox olmamalıdır. Notların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğ maksimum 20 faizədək artırıla bilər. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək. Təqdim olunan sifarişlər üzrə qiymət diapazonu 99.5167-99.5543 AZN təşkil edir. Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?