19 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Misir şirkəti işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək layihələrdə iştirakda maraqlıdır

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov Misirin ölkəmizdə səfərdə olan inşaat və mühəndislik sahəsində fəaliyyət göstərən “Dorra” Şirkətlər Qrupunun idarə heyəti sədrinin müavini Məhəmməd Həsən Dorra ilə görüşüb.

KOBİA-dan bildirilib ki, Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Adel İbrahimin iştirakı ilə keçirilmiş görüşdə O.Məmmədov agentliyin fəaliyyəti, KOB-lara göstərilən dəstək mexanizmləri barədə məlumat verib, əməkdaşlıq imkanları müzakirə edilib. Qeyd olunub ki, agentlik müvafiq sahədə fəaliyyət göstərən yerli KOB subyektləri və biznes assosiasiyaları ilə “Dorra” Şirkətlər Qrupu arasında əlaqələrin qurulmasına, birgə layihələrin reallaşdırılmasına dəstək göstərə bilər. Görüşdə, həmçinin Azərbaycanda fəaliyyət göstərən sənaye parklarında rezidentlər üçün yaradılmış əlverişli imkanlar və güzəştlər barədə məlumat verilib.

“Dorra” Şirkətlər Qrupunun idarə heyəti sədrinin müavini Azərbaycana investisiya qoyuluşu imkanları ilə bağlı səfər etdiklərini və bu məqsədlə bir sıra müvafiq qurumlarda görüşlər keçirəcəklərini, gələcəkdə işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək layihələrdə iştirakda maraqlı olduqlarını qeyd edib, KOBİA ilə əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşüb.

VergiXarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər? VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi