10 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“ASAN Login” sistemindən istifadə edənlərin sayı 3 dəfədən çox artıb

“ASAN Login” sistemindən istifadə edənlərin sayı 3 dəfədən çox artıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti görüşü keçirilib.

Videokonfrans formatında təşkil olunan və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi görüşün əsas məqsədi Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “ASAN Login” sisteminin videoqeydiyyat imkanının təqdim edilməsi olub.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Azərbaycan İnternet Forumunun prezidenti, İctimai Şuranın koordinatoru Osman Gündüz dövlət xidmətlərinin daha sürətlə inkişaf etdiyi dövrdə bu cür görüşlərin keçirilməsinin və yeni xidmətlərin müzakirəsinin vacibliyini vurğulayıb.

Elektron Hökumətin İnkişafı Mərkəzinin direktor müavini Mehdi Cavadov “Single Sign On” (Vahid Giriş Sistemi) – prinsipi əsasında yaradılan “ASAN Login” layihəsinin üstünlüklərindən söhbət açıb. O bildirib ki, “ASAN Login”də istifadəçi sayı əhəmiyyətli dərəcədə, 2020-ci ilin yekunlarına görə 3 dəfədən çox artaraq 1 milyon 741 min təşkil edib.

“ASAN Login” üzrə layihə rəhbəri Tural Həsənov videoqeydiyyatla bağlı geniş təqdimat edib, sistem üzərindən əyani şəkildə göstərilib. Bildirilib ki, sistemdə videoqeydiyyatdan keçmiş vətəndaşın şəxsiyyətinin müəyyən olunması üçün süni intellekt həllərindən də istifadə edilir.
Təqdimatdan sonra “ASAN Login” layihəsinin üstünlüyü və xüsusilə yeni yaradılmış videoqeydiyyat imkanı ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə İctimai Şura üzvləri tərəfindən yaranan suallar cavablandırılıb və təkliflər müzakirə olunub.

Qeyd edək ki, hazırda inteqrasiya olunan sistemlərlə birlikdə “ASAN Login” 50 sistemə girişi təmin edir. Bu isə öz növbəsində bir çox istifadəçi adı və parolu yadda saxlamaq ehtiyacını aradan qaldırır, məlumat sızması təhlükəsini minimuma endirir. O cümlədən zamana qənaət etmək və məlumatları vahid məkandan idarə etmək imkanları yaradır.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?