15 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"ƏDVGeriAl" ilin innovasiya layihəsi seçilib

Vətəndaşlar və biznes ictimaiyyəti tərəfindən 2020-ci ilin ən uğurlu layihələrindən biri kimi qiymətlənən "ƏDVGeriAl" layihəsi çərçivəsində ötən il vətəndaşlara 33,4 milyon manat vəsait qaytarılıb.

İqtisadçı Pərviz Heydərov "ƏDVGeriAl" layihəsinin ilin innovasiya layihəsi seçilməsinə münasibət bildirərək inkişaf etmiş ölkələrdə bu cür mexanizmlərin geniş yayıldığını qeyd edib: "Son vaxtlar ölkəmizdə ƏDV-nin geri qaytarılması ilə bağlı tətbiq olunan mexanizm çox mühüm əhəmiyyət kəsb edir. Bu mexanizm alıcıları stimullaşdırmaqla yanaşı, satıcıların vergidən yayınmaq, qeyri-rəsmi yolla gəlir əldə etmək imkanlarını da məhdudlaşdırır. ƏDV-nin geri qaytarılması hər bütün tərəflər üçün əhəmiyyətlidir. Ödədiyi vəsaitin müəyyən hissəsini geri almaq imkanı alıcıları çek tələb etməyə təşviq edir, satıcının satdığı məhsulların dövriyyəsini vergilərdən yayındırmasının qarşısını alır və son nəticədə dövlət büdcəsinə daha çox vergi cəlb olunur.

Gizli deyil ki, bizdə alğı-satqı prosesində dövriyyələrin gizlədilməsi, vergidən yayınma, uçotdan gizlənmək kimi mənfi hallar mövcuddur. Bunların qarşısını sırf inzibati yollarla almaq mümkün deyil. Bu məsələdə maksimum nəticə əldə etmək üçün vergi siyasətində stimullaşdırıcı tədbirlərin tətbiqi daha çox səmərə verir. Bu mənada ƏDV-nin geri qaytarılması mexanizmi mütərəqqi addım kimi özünü doğrultdu. Gələcəkdə bu qəbildən olan müxtəlif stimullaşdırıcı mexanizmlər tətbiq etməklə həm vergidən yayınmanın qarşısını almağa, həm də alıcı kütləsində ictimai fəallığı yüksəltməyə nail ola bilərik.

Hər il Vergi Məcəlləsində mütərəqqi dəyişikliklər, yenilənmələr baş verir. Belə hesab edirəm ki, özünü doğrultmuş "ƏDVGeriAl" təcrübəsi gələcəkdə digər metodların da tətbiqinə yol aça bilər. Bu həm dövlət büdcəsinin gəlirlərinin artmasına, həm də ölkədə pərakəndə satış dövriyyəsinin genişlənməsinə daha əlvarişli artıq şərait yaranmasına layiqli töhfə verəcək".

Fərqanə ALLAHVERDİQIZI

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?