8 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il 237450 daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınıb

Daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaş məmnunluğunun təmin edilməsi, əhalinin göstərilən xidmətlərdən daha rahat və çevik qaydada faydalanması, prosedurların sadələşdirilməsi, xidmətlərin keyfiyyətinin artırılması üçün müasir yanaşmaların tətbiqi əsas məqsədlərdəndir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu məqsədlərin reallaşdırılması istiqamətində işləri davam etdirir.

2020-ci il ərzində 237.450 daşınmaz əmlakın qeydiyyatı aparılıb. Bunun 63.247-si (26,6 faizi) ilkin, 174.203-ü (73,4 faizi) isə təkrar qeydiyyatın payına düşür. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 35.775-i fərdi yaşayış və bağ evi, 74.533-ü mənzil, 118.534-ü torpaq sahəsi, 2.543-ü qeyri-yaşayış binası, 5.368-i qeyri-yaşayış sahəsi, 637-si əmlak kompleksi, 59-u çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmədir. İlkin qeydiyyatın 36.682-si Bakı şəhərinin, 26.565-i isə regionların payına düşür.

2020-ci il ərzində 34.061 mənzil üzərində mülkiyyət hüququ ilkin dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə üzərində hüquqların ilkin olaraq qeydiyyata alındığı mənzillərin sayı 7,8 faiz artıb.

Ötən il 199.637 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bundan başqa, hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair 262.939 arayış (Forma-1) verilib. 2020-ci il ərzində 32.693 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Qeyd edək ki, vətəndaşların daha rahat şəkildə mülkiyyət hüquqlarını rəsmiləşdirməsi üçün səyyar qeydiyyat kampaniyaları keçirilib və birbaşa ünvanlarda qeydiyyat xidmətləri göstərilib. Ötən il ərzində 27 bu cür səyyar qeydiyyat kampaniyası təşkil edilib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?