13 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində KOB-larla görüşlər keçirilir

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin çətinliklərinin və ehtiyaclarının öyrənilməsi, təkliflərinin dinlənilməsi və müvafiq qurumlara çatdırılması məqsədilə dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində sahibkarlarla sahəvi görüşlər davam etdirilir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təkcə yanvar ayında 20-dən çox rayon və şəhər üzrə 350-dək sahibkarın, eləcə də aidiyyəti qurumların iştirakı ilə sahəvi görüşlər təşkil edilib.

KOBİA-dan bildirilib ki, turizm və ictimai iaşə sektorunun sahibkarları ilə keçirilmiş onlayn görüşlərdə pandemiya səbəbindən bu sahələrdə yaranmış çətinliklər, göstərilən dövlət dəstəyi və müxtəlif güzəştlərin tətbiqi imkanları, maliyyə resurslarına çıxış, regionların turizm üzrə yol xəritələrinin tərtibi, aqroturizmin inkişafı, turizm xidmətləri təklif edən onlayn platformaların yaradılması kimi məsələlər aidiyyəti qurumların və biznes assosiasiyaların iştirakı ilə müzakirə olunub.

Saatlı rayonundan olan 40-dək arıçı ilə təşkil edilmiş görüşdə bu sahədə qablaşdırma müəssisəsinin yaradılması, satış və brendləşdirmə, biyan balı istehsalı və biyan bitkisinin artırılması üçün müvafiq sahələrin ayrılması, laborator mərkəzlərin sayının çoxaldılması, ixrac, bal məhsuluna qida rasionunda daha çox yer verilməsi və sektorla bağlı digər məsələlər barədə fikir mübadiləsi aparılıb, müvafiq qurumların nümayəndələri tərəfindən sahibkarların sualları cavablandırılıb. Qida, istixana təsərrüfatı, barama, pambıq və polietilen paketlərin istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlar və ixracatçı şirkətlərlə keçirilmiş sahəvi görüşlərdə isə müvafiq olaraq, istixanalarda yetişdirilən məhsulların satış bazarlarına çıxarılması, ixracla bağlı yaranan çətinliklər, istixanalarda məhsulun istehsalına çəkilən xərcin azaldılması yolları, baramanın saxlanılması üçün yerlər və yem bazası, pambıq bitkisinin gövdəsindən mebel sənayesində yarımfabrikat kimi istifadə, polietilen paketlərin istehsalı ilə bağlı qanunvericiliyə edilmiş sonuncu dəyişikliklər və milli standartların tətbiqi kimi məsələlər müzakirə edilib.
KOBİA-nın “KOB Dostu” şəbəkəsi vasitəsilə növbəti aylarda da dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində regionlar üzrə KOB subyektləri ilə sahəvi görüşlərin keçirilməsi davam etdiriləcək.

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?