15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Made in Azerbaijan” brendini xarici bazarlarda təşviq etmək istəyən soydaşlarımıza dəstək layihəsi həyata keçirilib

“Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviq, yerli məhsulları Çin və ABŞ kimi ölkələrdə uğurlu şəkildə təqdim etmək istəyən soydaşlarımıza dəstək məqsədilə Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə yardımı ilə “Azərbaycanlı Biznes Qurucularına Dəstək” layihəsi həyata keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Çin Xalq Respublikasının Pekin şəhərində yaşayan həmyerlimiz Kəmalə Atakişiyeva və amerikalı mütəxəssis Aleks Olthoff tərəfindən biznes fəaliyyətinə yeni başlayan şəxslərə biznes quruculuğu və uğurlu brendləşdirmə mövzuları üzrə təlimlər keçirilib.

Seminarlar başa çatdıqdan sonra iştirakçılar arasından seçilən iki yeni biznes qurucusuna “Web Development”, “Web Design”, mətn yazarlığı, marketinq məzmununun yaradılması və biznes konsultasiyası üzrə ödənişsiz xidmətlər göstərilib.

Əsasən yaşı 25 və daha yuxarı olan kişilər üçün hazırlanan hədiyyəlik qutular layihəsi “Ambargo Design” Çin bazarına çıxarılması üçün uyğun görülüb.

Hazırda Qərb bazarında “recycled fashion” mövzusuna göstərilən böyük maraq nəzərə alınaraq, istifadə edilmiş cinslərdən hazırlanan və yaşı 16-35 arası qadınlar üçün nəzərdə tutulan geyim markası “SabinaSahib” isə ABŞ bazarında potensial auditoriyaya təqdim olunub.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?