2 Dekabr 2022

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən bildirilib ki, hərraca çıxarılan notların həcmi 150 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar martın 3-də ödəniləcək.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) çox olmamalıdır. Notların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizədək artırıla bilər. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək. Təqdim olunan sifarişlər üzrə qiymət diapazonu 99.5167-99.5543 AZN təşkil edir.

Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.

İqtisadiyyatSahibkarlıq subyektinə güzəştli kredit verilib İqtisadiyyatİqtisadiyyat Nazirliyində növbəti könüllü fəaliyyəti təşkil ediləcək VergiHansı halda mal və xidmətlərin dəyərinə ƏDV tətbiq olunmur? İqtisadiyyatKOB-ların inkişafı, yaşıl iqtisadiyyatın genişləndirilməsi üzrə yeni çağırışlar müzakirə edilib İqtisadiyyatMikayıl Cabbarov: Kiçik və orta biznesin inkişafı bizim üçün prioritetdir VergiTest imtahanından uğurla keçən namizədlər üçün müsahibə keçiriləcək VergiMənzil satın alarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması şərtləri İqtisadiyyatƏminə Erdem: “Azərbaycanda qadınların sahibkarlıqla məşğul ola bilməsi üçün böyük imkanlar var” VergiMüharibə veteranlarının əməkhaqqından sığorta haqları necə tutulur? Vergiİkiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya layihəsi müzakirə olunub