15 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Zərgərlik sektoruna vergi güzəştlərinin tətbiqi təklif olunub

Milli Məclisin bu il keçirilən ilk iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirə edilib və birinci oxunuşda təsdiq olunub. Dəyişikliklərdən biri qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı sektoruna aiddir.

Qanun layihəsində qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalının 3 il müddətində əlavə dəyər vergisindən (ƏDV) azad olunması nəzərdə tutulub. Layihəyə əsasən, külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı 2021-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilir.

İqtisadçı Pərviz Heydərov qeyd edib ki, Vergi Məcəlləsinə təklif edilən əlavələr bu sahədə çalışan sahibkarlıq subyektlərinin fəaliyyətini stimullaşdırmağa yönəldilib: "Zərgərlik məhsullarının tarifini bazar müəyyən edir. Əlbəttə, külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışının ƏDV-dən azad olunması ilə qiymətlərin aşağı salınacağı barədə qəti fikir demək olmaz. Bu, sadəcə olaraq, qiymətlərin şişməsinin qarşısını alacaq. Qızıl məmulatlarının qiyməti dünya bazarındakı tendensiyalar ilə bağlıdır. Burada dolayı yolla neftin qiyməti də müəyyən dərəcədə rol oynayır. Adətən, neftin qiyməti düşəndə investorlar sərmayələrini qiymətli metallara yatırırlar.

Daxili bazarda qızıl və zərgərlik məmulatlarının əksəriyyəti Türkiyədən, Dubaydan, Rusiyadan, İtaliyadan gətirilir. Alıcı kütləsi də idxal məhsullarına üstünlük verir. İndiki halda sahibkar xaricdən avadanlıq alıb ölkə daxildə qızıl-zinət əşyası istehsal etməyə deyil, qızıl məmulatını gətirməyə daha maraqlıdır: çünki məhsulun maya dəyəri baha başa gəlir. Ona görə də yerli istehsalı stimullaşdırdırmaq zərurəti yaranır ki, Vergi Məcəlləsinə təklif olunan dəyişiklik də bununla bağlıdır. Özü də yerli istehsalı stimullaşdırmaq üçün təkcə ƏDV-nin ləğv edilməsi azdır, başqa təsirli tədbirlər də həyata keçirilməlidir.

Azərbaycanın ixrac etdiyi qeyri-neft sektoruna aid malların siyahısına nəzər salsaq, görərik ki, qızıl birinci yerdədir. Azərbaycanın qızıl ehtiyatları hazırda xaricə xammal şəklində ixrac edilir. Hazır məhsul ixracı isə, demək olar ki, yoxdur.

Hesab edirəm ki, əlvan metallardan hazırlanmış məmulatların satışının təşkili də stimullaşdırılmalıdır. İşğaldan azad olunmuş ərazilərdəki qızıl yataqları istifadəyə veriləndə Azərbaycanın qızıl ixracı potensialı xeyli genişlənəcək".

Fərqanə ALLAHVERDİQIZI

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?