14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda ilk dəfə “İxrac Akademiyası” təlimləri keçiriləcək

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.

AZPROMO-dan bildirilib ki, Təhsil Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və İxracatçılar Klubunun təşkilatçılığı ilə ixrac əməliyyatlarının həyata keçirilməsi üçün ixracla məşğul olan kadrların “İxrac Akademiyası” təlimlərində iştirakı üçün müraciətlərin qəbuluna başlanır. Təlimlərin məqsədi ölkənin ixrac potensialının inkişafında yararlı, beynəlxalq ticarət sahəsində müasir tələblərə cavab verən kadrların hazırlanmasıdır.

Azərbaycan dilində keçiriləcək 9 həftəlik ödənişli onlayn təlim bu mövzuları əhatə edəcək:

- Strategiya modulu: ölkənin qüvvədə olan “Milli İxrac Strategiyası”; nümunəvi yerli şirkətin ixrac strategiyası; qlobal dəyər zənciri.

- Əməliyyatlar modulu: ixrac komandasının yaradılması; ixracda keyfiyyətin idarə olunması və standartlaşdırma, beynəlxalq sertifikatlar; ixrac qiymətinin formalaşması və satış rəflərində qiymətin idarə olunması, istehsal həcminin proqnozlaşdırılması; satış kommunikasiyası və danışıqların aparılması; paylanma kanalları və shopper marketinq (+həftəsonu praktiki ziyarət).

- İxrac prosedurları modulu: ixrac zamanı yerli qanunvericiliyin tələbləri; beynəlxalq ticarət əlaqələrində idxal ölkəsinin tələbləri; ixrac prosedurunun başa çatdırılması - qablaşdırma, anbarlara yığılması, daşınma və yükün müşayiət sənədləri.

Müraciətlərin elektron qaydada qiymətləndirilməsindən sonra namizədlər növbəti nəzəri test və müsahibə mərhələsinə dəvət ediləcəklər. Müraciət üçün son tarix martın 1-dir.

Təlimdə iştirak etməkdə maraqlı olan sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?