15 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yaşıl enerji zonalarının və “ağıllı şəhər”lərin yaradılmasında Yaponiya təcrübəsinə dair müzakirələr aparılıb

İşğaldan azad olunmuş ərazilər üçün yaşıl enerji konsepsiyasının hazırlanması ilə bağlı fikir mübadiləsi məqsədilə Yaponiyanın “TEPSCO” şirkətinin nümayəndələri ilə videokonfrans formatında görüş keçirilib.

Energetika Nazirliyindən bildirilib ki, görüşdə yaşıl enerji zonalarının və “ağıllı şəhər”lərin yaradılmasında Yaponiya təcrübəsi haqqında müzakirələr aparılıb.

Şirkət tərəfindən Yaponiyanın Fukisava, Mutsuzava, Soraşima və bir sıra digər şəhərlərinin nümunəsində rəqəmsallaşma, dekarbonizasiya və desentralizasiyaya əsaslanan, fövqəladə hallarda elektrik enerjisi təchizatının davam etdirilməsi üçün ötürücü və paylayıcı şəbəkələrin optimallaşdırılması, enerjidən səmərəli istifadə edilməsi məqsədi ilə bərpa olunan enerji mənbələrindən və elektromobillərdən istifadənin genişləndirilməsini özündə ehtiva edən “ağıllı şəhər” təcrübəsinə dair təqdimatlar nümayiş etdirilib.

Daha sonra müvafiq sahədə əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, məlumat və təcrübə mübadiləsi tədbirlərinin bundan sonra da davam etdirilməsinə qərar verilib.

Videokonfransda energetika nazirinin müavini Elnur Soltanov, Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada, həmçinin “TEPSCO” şirkətinin rəhbərliyi iştirak ediblər.

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?