27 İyul 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dekabrda qeyri-neft sektoru üzrə ixracın dəyəri 213,5 milyon dollar olub

Ötən ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixracın dəyəri 213,5 milyon ABŞ dolları təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilib ki, dekabrda qeyri-neft sektorunun ümumi ixracda payı 31,4 faiz təşkil edib. Ötən dövrlə müqayisədə bu rəqəm 23,1 faiz çoxdur.

Dekabrda yeyinti məhsullarının qeyri-neft sektorunda payı 34,4 faiz, qeyri-yeyinti sektoru üzrə isə 65,6 faiz olub.
2020-ci il ərzində ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında meyvə-tərəvəz ixracı 607,7 milyon, pambıq lifi ixracı 133,2 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 113,4 milyon, kimya sənayesi məhsullarının ixracı 85,2 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 52,4 milyon, pambıq ipliyi ixracı 19 milyon, spirtli və spirtsiz içkilərin ixracı 12 milyon, şəkər ixracı 26,9 milyon, bitki və heyvan mənşəli piylər və yağların ixracı 24,7 milyon, çay ixracı 9,5 milyon ABŞ dolları təşkil edib.

2019-cu illə müqayisədə ötən il ərzində meyvə-tərəvəz ixracı 0,3 faiz, bitki və heyvan mənşəli piylər və yağların ixracı 34 faiz, şəkər ixracı 0,1 faiz, pambıq lifi ixracı isə 7,5 faiz artıb.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiMəcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi VergiSadələşdirilmiş verginin ödəyicilərinə vergi güzəşti VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiTorpaqların barteri zamanı tərəflərin ödəyəcəyi vergi məbləğinin hesablanması VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiTəsisçiyə olan borc məbləğlərinin qaytarılması qaydası VergiMal mübadiləsi zamanı vergitutma VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiQeyri-kommersiya təşkilatlarının qeydiyyatı necə aparılır?