24 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Banklar 1 milyard manatdan artıq biznes kreditlərini restrukturizasiya edib

2020-ci ildə Mərkəzi Bankın maliyyə sabitliyi siyasəti başlıca olaraq pandemiyanın neqativ təsirlərinin minimallaşdırılmasına, pandemiya şəraitində bank sisteminin, əhalinin və biznesin dəstəklənməsinə yönəldilib.

Mərkəzi Bankdan “vergiler.az”ın sorğusuna cavab olaraq bildirilib ki, yaranmış vəziyyətin mürəkkəbliyinə baxmayaraq, maliyyə vasitəçiliyinin genişləndirilməsi və maliyyə bazarlarının dərinləşdirilməsi istiqamətində işlər davam etdirilib: “COVID-19 pandemiyası şəraitində fiziki şəxslərin və biznesin, xüsusilə pandemiyanın təsirinə məruz qalmış sahibkarların dəstəklənməsi, iqtisadi sahələrin kredit resursları əldə etmək imkanlarının artırılması məqsədilə Mərkəzi Bankın prudensial siyasət çərçivəsinə dəyişliklər paketi qəbul edilib. Biznes subyektlərinə dəstək məqsədilə pandemiyadan təsirlənmiş sahələrdə fəaliyyət göstərən özəl biznes subyektlərinə, o cümlədən sahibkarlıqla məşğul olan fiziki şəxslərə kreditlərin restrukturizasiyası imkanı yaradılıb”.

Mərkəzi Bankın açıqlamasına görə, ümumilikdə, pandemiya dövründə banklar tərəfindən 1 milyard manatdan artıq biznes kreditlərinin restrukturizasiyası təmin edilib. Həyata keçirilən tədbirlər nəticəsində maliyyə sisteminin dayanıqlığı üçün təhdid yaradan şokların təsirləri minimallaşdırılıb və bank sisteminin maliyyə sabitliyi qorunub saxlanılıb. 2020-ci ilin sonlarına doğru pandemiyanın yenidən genişlənməsi və karantin tədbirlərinin gücləndirilməsi ilə əlaqədar Mərkəzi Bank requlyativ siyasət paketinin müddətini 1 aprel 2021-ci il tarixinədək uzatdıb. Bu addım hökumətin iqtisadiyyatın dəstəklənməsi üzrə siyasəti ilə sinxronlaşmanı təmin etməklə bank sektorunun dayanıqlığına və iqtisadiyyatın maliyyələşdirilməsinə müsbət təsir edəcək.

Qeyd edək ki, real sektorun maliyyə əlçatanlığının dərinləşdirilməsi istiqamətində ötən ilin əvvəlində Mərkəzi Bankda Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyasi və sahibkarlarla birgə görüşlər keçirilib. Görüşün başlıca məqsədi sahibkarlarla maliyyə-bank sektoru arasında aktiv dialoq qurmaqla milli iqtisadiyyatın iki mühüm sütunu kimi real sektorla maliyyə sistemi arasında əlaqələrin miqyasını genişləndirmək və dərinləşdirmək, ən mütərəqqi iqtisadi-idarəetmə texnologiyaları ilə bu əlaqələrin keyfiyyətini yüksəltməkdən və bu sahədə mövcud olan problemlərin və onların həlli yollarını müəyyənləşdirmək olub.

Mərkəzi Bankın məlumatna görə, görüşlərdə sahibkarlarla maliyyə institutları arasında əməkdaşlığın perspektivləri, valyuta tənzimi, qiymətli kağızlar və səhm bazarı, maliyyə əlçatanlığı və mikromaliyyə institutlarının inkişafı, nağdsız hesablaşmaların inkişafı, problemli kreditlərin restrukturizasiyası məsələləri barədə çıxışlar dinlənilib. Sahibkarlar və banklar üçün aktual problemlər ətrafında müzakirələr aparılıb. Bütövükdə real sektorla maliyyə-bank sahəsinin uğurlu əməkdaşlığı üçün cəmiyyətdə maliyyə maarifləndirilməsi işinin intensivləşdirilməsinin yüksək əhəmiyyəti qeyd olunub.

Ötən il bank sektorunun sağlamlaşdırılması istiqamətində radikal addımlar atılıb. Maliyyə dayanıqlığını itirmiş 4 bank sistemdən kənarlaşdırılıb. Hər dörd bank üzrə əhalinin əmanətlərinin verilməsi əsasən təmin edilib, 24 min nəfərdən çox əmanətçiyə 620 milyon manatdan artıq əmanət qaytarılıb.

“Növbəti dövrlərdə bir tərəfdən maliyyə sabitliyinin gücləndirilməsi, makroprudensial tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi, habelə mikroprudensial nəzarət alətlərinin genişləndirilməsi, digər tərəfdən isə maliyyə vasitəçiliyinin gücləndirilməsi, xüsusilə real sektorun kreditləşmə ehtiyaclarını təmin edilməsi istiqamətində proqram və layihələrin icrası davam etdiriləcək”, - Mərkəzi Bankın açıqlamasında vurğulanıb.

Fərqanə ALLAHVERDİQIZI

VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz?