Neft Fondu ötən il “Azəri-Çıraq-Günəşli” layihəsindən 3,5 milyard dollar qazanıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2020-ci ildə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 3 milyard 522,7 milyon ABŞ dolları gəlir əldə edib.
Bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.