17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlıq subyektlərində nəzarət tədbirləri davam edir

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.

Nazirlikdən bildirilib ki, yanvarın 21-də keçirilmiş monitorinqlər zamanı Xətai rayonunda Aygün Əskərovaya məxsus şirniyyat mağazasında, Səbail rayonunda "Bazarstore" MMC-yə məxsus ərzaq mağazasında, Elvin Xasməmmədova məxsus pərakəndə ticarət obyektində, Nərimanov rayonunda “Çarşı dönər”də, Kamran Ağayevə, Ceyhun Hüseynova məxsus mağazalarda, Qaradağ rayonunda “Araz supermarket”də, Aydın Məmmədova, Mirşahin Babayevə, Şahbəddin Vəliyevə məxsus pərakəndə ticarət obyektlərində, Nizami rayonunda Validə Məmmədovaya məxsus mağazada, Yasamal rayonunda Qalina Mirzəliyevaya məxsus pərakəndə ticarət obyektində, Xəzər rayonunda "Food center market”də, “Al market”də, “Araz market”də, Rüstəm Nəsirova məxsus “1001 xırdavat mağazası”nda, Denis Aslanova məxsus ticarət obyektində, ümumilikdə 17 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri