İxrac və idxal edilən məhsullar açıqlanıb
Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin yanvar-noyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 3 faiz, kartof 31,7 faiz, meyvə və tərəvəz şirələri 22,5 faiz, bitki yağları 1,6 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar 27,9 faiz, pambıq lifi 8,4 faiz, polietilen 23,2 faiz, qara metallardan borular 1,8 dəfə artıb. Hesabat dövründə təzə meyvə ixracı 11,9 faiz, şəkər 19,6 faiz, tütün 26,3 faiz, çay 9,3 faiz, meyvə və tərəvəz konservləri 1,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu 58,5 faiz, emal olunmamış alüminium 20,1 faiz, pambıq ipliyi 37 faiz, bentonit gili 3,4 faiz, qara metallardan yarımfabrikatlar 48,8 faiz azalıb.
2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə ötən ilin eyni dövründə bitki yağları idxalı 4,1 faiz, təzə meyvə 11,4 faiz, kərə yağı, digər süd yağları və pastaları 19,5 faiz, mal əti 12,8 faiz, təzə tərəvəz 37,9 faiz, minik avtomobilləri 22,8 faiz, dərman vasitələri 43,8 faiz, hesablama maşınları, blok və qurğuları 17,1 faiz, mineral gübrələr 2,7 faiz, qara metallardan çubuqlar 46,3 faiz artıb.
Buğda idxalı 17,6 faiz, xam şəkər və şəkər 13,1 faiz, çay 2,2 faiz, kartof 8,4 faiz, quş əti və onun əlavə məhsulları 21,6 faiz, siqaretlər 73,2 faiz, qara metallardan borular 21,8 faiz, polad prokatı 8,1 faiz, rezin şinlər 18,5 faiz, yük avtomobilləri 1,8 faiz, mebellər 25 faiz, polietilen 26,3 faiz, məişət kondisionerləri 32,9 faiz, paltaryuyan maşınlar 7,3 faiz, qara metallardan künclüklər 8,9 faiz, avtobuslar 54,9 faiz, məişət soyuducuları 11,2 faiz, sement və sement klinkerləri 21,6 faiz azalıb.