18 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əcnəbilərin bank kartları ilə apardıqları əməliyyatlar 25 faiz artıb

Əcnəbilərin bank kartları ilə apardıqları əməliyyatlar 25 faiz artıb

2018-ci ilin yanvar-dekbar aylarında Azərbaycana gələn xarici ölkə vətəndaşları bank kartları vasitəsilə 1 milyard 278 milyon 400 min manatlıq əməliyyat aparıblar. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinın son icmalında bildirilib ki, 2017-ci illə müqayisədə əcnəbi vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 256 milyon manat və ya 25 faiz artıb.

Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata əsasən, 2018-ci ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2 milyon 849 min 600 nəfər çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib ki, bu da əvvəlki illə müqayisədə 5,7 faiz çoxdur. Azərbaycana gələn əcnəbilərin arasında Rusiya Federasiyası vətəndaşları üstünlük təşkil edib - 30,9 faiz. Həmin dövrdə ölkəmizə səfər edənlərin 21,4 faizi Gürcüstan, 10,2 faizi Türkiyə, 8,5 faizi İran, 3,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,6 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi İraq, 2 faizi Ukrayna, 1,4 faizi İsrail, 17,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. 2017-ci illə müqayisədə 2018-ci ildə ölkəmizə gələn Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2 dəfə, Küveyt vətəndaşlarının sayı 1,8 dəfə, Qətər vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 7,9 faiz, Oman vətəndaşlarının sayı isə 7,4 faiz artıb. 2018-ci ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,7 faiz, MDB ölkələrindən gələnlərin sayı isə 3,8 faiz artıb.

2018-ci ildə ölkəmizə gələn xarici ölkə vətəndaşları çox olduğu üçün onların bank kartları vasitəsilə xərcləmələrində də artım müşahidə edilib. Təkcə ötən ilin dekabr ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 82,9 milyon manat təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artım deməkdir.

VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır?