2 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOBİA azad edilmiş ərazilərə investisiyaların cəlbində Turizm Agentliyi ilə əməkdaşlığa hazırdır

Qlobal pandemiyanın turizm sektorunda yaratdığı çətinliklər və məhdudiyyətlər olmasaydı, turizm sahəsində daha ciddi uğurlardan və nəticələrdən danışmaq olardı. Lakin əminik ki, postpandemiya dövründə turizm sektoru yenə də öz aktuallığını saxlamaqla, ölkə iqtisadiyyatında prioritet sahə statusunu qoruyacaq və yeni çağırışlara uyğun inkişaf edəcək. Xüsusilə qeyd olunmalıdır ki, ötən il Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizin geniş turizm potensialı var. Bu isə turizm sahəsində fəaliyyət göstərən biznes subyektləri üçün geniş perspektivlər vəd edir. Bu istiqamət üzrə KOBİA, Dövlət Turizm Agentliyi və bu sahədə fəaliyyət göstərən assosiasiyalar birgə əməkdaşlıq formatında səylərini birləşdirməlidir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, bu sözləri qurumun idarə heyətinin sədri Orxan Məmmədov Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının 2020-ci ildə görülən işlərlə bağlı hesabat tədbirində deyib. Onlayn formatda təşkil olunmuş tədbirdə qeyd edilib ki, KOBİA işğaldan azad edilmiş ərazilərə yerli və xarici investisiyaların cəlb edilməsi, zəruri dəstək tədbirlərinin, əlaqələndirmənin həyata keçirilməsinə və birgə əməkdaşlığa hazırdır.
Tədbirdə, həmçinin ötən il turizm sektorunda KOBİA-nın Dövlət Turizm Agentliyi ilə birgə həyata keçirdiyi layihələr, o cümlədən Balaxanı qəsəbəsinin yeni turizm məkanına çevrilməsi üçün KOBİA, Dövlət Turizm Agentliyi və “Bakı Abadlıq Xidməti” MMC-nin birgə əməkdaşlığı, Astara şəhərində fəaliyyətə başlamış və postpandemiya dövründə xüsusilə daxili və sərhədyanı turizmin inkişafında əhəmiyyətli olacaq turizm kompleksi, birgə maarifləndirmə tədbirləri barədə məlumat verilib. Eyni zamanda, ötən il İstanbulda keçirilmiş “MUSİAD Expo 2020” sərgisində KOBİA-nın təşkilatçılığı ilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin iqtisadi və investisiya potensialının nümayiş olunduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə keçirilmiş onlayn tədbirdə dövlət nümayəndələri və turizm sektorunda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ