25 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət satınalmaları sahəsində mövcud vəziyyət müzakirə edilib

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) “Reklam və nəşriyyat müəssisələri” ilə iş komissiyası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə görüş keçirib.
ASK-dan bildirilib ki, onlayn formatda keçirilən görüşün məqsədi dövlət satınalmaları sahəsində mövcud vəziyyətin müzakirəsi və sahibkarların təkliflərinin dinlənilməsi olub.
Görüşdə dövlət satınalmalarının keçirilməsində biznes subyektlərinin, o cümlədən kiçik və orta biznes subyektlərinin iştirak imkanlarının genişləndirilməsinin vacibliyi vurğulanıb, bu sahədə dövlət tənzimləməsini həyata keçirən qurumla əməkdaşlığın ölkə iqtisadiyyatının inkişafına töhfə verəcəyi qeyd edilib.
Hazırda dövlət satınalmaları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yeni qanun layihəsi üzərində işlərin yekunlaşmaqda olduğu, bu sahədə prosedurların asanlaşdırılması üçün zəruri data bazaların elektron satınalma portalına inteqrasiya edilməsi üzrə işlərin aparıldığı bildirilib.
Görüşdə iştirak edən sahibkarlar pandemiya şəraitində dövlət satınalmalarının onlayn formatda elektron satınalma portalı (“etender.gov.az”) vasitəsilə təşkil edilməsinin əhəmiyyətini qeyd ediblər.
Müzakirələrin sonunda sahibkarlıq subyektləri dövlət satınalmaları prossesində daha aktiv iştiraka dəvət olunub.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?