6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOB inkişaf mərkəzləri 1200-dək sahibkar üçün təlim və məsləhət xidmətləri təşkil edib

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (KOB) bilik və bacarıqlarının atrırılması, innovasiyalara çıxışının genişləndirilməsi məqsədilə 2020-ci ildə Bakı, Sumqayıt, Xaçmaz və Yevlax şəhərlərində 4 KOB inkişaf mərkəzi fəaliyyətə başlayıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, ötən il bu mərkəzlər tərəfindən müxtəlif mövzularda 100-dək təlim keçirilib, 2500 saatadək məsləhət xidməti göstərilib. Bu xidmətlərdən 1200-dək KOB subyekti, startap və biznesə yeni başlayanlar yararlanıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturuna daxil olan KOB inkişaf mərkəzlərində ödənişsiz olaraq KOB subyektləri, startaplar və biznesə başlamaq istəyənlərin biznesyönümlü bilik və bacarıqlarının artırılması üçün təlimlər təşkil olunur, məsləhət xidmətləri göstərilir, təcrübə proqramlarında iştiraka, biznes ideyaların maliyyə resurslarına yönləndirilməsinə dəstək təmin edilir. Həmçinin 2020-ci il ərzində KOB inkişaf mərkəzləri tərəfindən ödənişsiz olaraq sahibkarlara 150-dək biznes planının hazırlanmasında dəstək göstərilib.
KOB inkişaf mərkəzlərinin dəstəyi ilə keçən il 10 yeni KOB subyekti yaradılıb ki, bunun 4-ü fərdi sahibkar, 6-sı isə MMC-dir. Yeni yaradılmış sahibkarlıq subyektləri Quba-Xaçmaz iqtisadi rayonu və Sumqayıt şəhərlərində kənd təsərrüfatı və xidmət sektorlarında fəaliyyət göstərirlər. KOB inkişaf mərkəzləri tərəfindən bu KOB-lara dəstək tədbirləri hazırda da davam etdirilir. Eyni zamanda, KOB inkişaf mərkəzlərinin təlim və məsləhət xidmətlərindən yararlanmış qadın sahibkarlara beynəlxalq layihə çərçivəsində qrant ayrılmasına dəstək göstərilib, mərkəzlərin xidmətlərindən istifadə etmiş 50-dən çox vətəndaş özünüməşğulluq proqramı ilə əlaqələndirilərək müvafiq aktivlərlə təmin olunub.
2020-ci ildə beynəlxalq təcrübənin öyrənilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi məqsədilə 29 sahibkar və menecer “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”dan yararlanıb. KOBİA və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əlaqələndiricisi olduğu proqram çərçivəsində 2021-ci ildə də Azərbaycan sahibkar və menecerlərinin beynəlxalq təcrübəni öyrənməsi və işgüzar əlaqələrini inkişaf etdirməsi üçün tədbirlər davam etdiriləcək.

Yaxın aylarda, həmçinin KOB subyektlərinin təlim və tədris imkanlarının artırılması, biznes sahəsində qabaqcıl təcrübənin öyrənilməsi üçün videotəlim platforması istifadəyə veriləcək. Bu platformada KOB subyektlərinin ehtiyaclarına uyğun istiqamətlər üzrə təlim videoları, tədris materialları və özünüqiymətləndirmə testləri yerləşdiriləcək.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?