3 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Daşınmaz əmlak bazarının əsas təmayülləri

2020-ci ildə daşınmaz əmlak sektorunda alğı-satqı əməliyyatlarının həcmi əvvəlki illərlə müqayisədə o qədər də yüksək olmayıb.

"Unipirice" Ekspertiza və Qiymətləndirmə Mərkəzinin direktoru Ramil Qasımzadə bildirib ki, keçən ilin mart ayından ölkədə pandemiya ilə əlaqədar tətbiq edilən karantin rejimi əmlak bazarına təsirsiz olmayıb: “Bir çox iş yerləri karantin səbəbindən məcburən dayanmalı oldu. Bir sira sahələrdə fəaliyyətlər məhdudlaşdırıldı. Bu baxımdan daşınmaz əmlak bazarında da alğı-satqı əməliyyatlarının həcmi əvvəlki illərlə müqayisədə aşağı oldu.

Buna baxmayaraq, müsbət təmayüllər də oldu. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, bina tikintisi ilə məşğul olan şəxslərin vahid vergi rejiminə keçməsi əmlak bazarına müəyyən qədər təsir göstərdi. İlin əvvəlində mövcud olan qiymətlərlə ilin sonundakıqiymətləri müqayisə etsək, təxminən 10 faizə qədər dəyişikliyin olduğunu görərik. Bahalaşma, əsasən, yeni tikililərin qiymətində özünü göstərdi. Təkrar mənzil bazarında ciddi bahalaşma müşahidə edilmədi”.

R.Qasımzadə qiymətlərin ucuzlaşmasının daha çox fərdi yaşayış evlərində müşahidə edildiyini, bunun səbəbinin 2020-ci ildə bazara çıxarılan fərdi evlərin sayının digər seqmentlərə nisbətən daha artıq olduğunu göstərib.

“Ötən ilin əvvəli ilə müqayisədə sonlarında torpaq bazarında orta hesabla 15-20 faizə yaxın bahalaşma qeydə alındı.

Kirayə bazarında isə pandemiya səbəbindən qiymətlərendi. Mart ayından başlayan ucuzlaşma ilin sonunadək davam etdi. Evlərin kirayəsində orta hesabla 20 faizə qədər ucuzlaşma oldu, bahalı mənzillərdə, məsələn, aylıq kirayə haqqı 1500 manatdan yuxarı olan evlərin kirayəsinin ucuzlaşması isə 30 faiz və daha artıq oldu”.

R.Qasımzadə 2021-ci ildə əmlak bazarı üçün gözləntilərini açıqlayaraq ötən il formalaşan qiymətlərin bu il sabit qalacağını bildirib: “Pandemiyahələ davam etdiyindən bir çox biznes strukturları tam fəaliyyət göstərə bilmir. Yaxın zamanlarda peyvəndləmənin başlanması ilə müəyyən dəyişiklikləryarana bilər. Bu dövrdə bina tikintisinin əvvəlki illərlə müqayisədə azalması qarşıdakı aylarda qiymət artımına təsir edə bilər”.

Fərqanə Allahverdiqızı

VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır?