9 Dekabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOBİA Dubayın müvafiq qurumları ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndə heyəti müxtəlif qurumların nümayəndələri ilə KOB sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib.
KOBİA-dan bidirilib ki, qurumun idarə heyətinin sədri Orxan Məmmədov və Dubay İnvestisiya Korporasiyasının baş direktorunun müavini Xalifa Hassan Al Daboos arasında təşkil olunmuş görüşdə ölkəmizdə KOB-lara göstərilən dövlət dəstəyi tədbirləri və agentliyin fəaliyyəti barədə məlumat verilib, əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Azərbaycanda fəaliyyət göstərən sənaye parklarında yaradılmış əlverişli imkanlardan və güzəştlərdən istifadə olunmaqla birgə layihələrin həyata keçirilməsi, Dubay İnvestisiya Korporasiyasının maliyyə dəstəyi ilə ölkəmizdə KOB-ların iştirakı ilə layihələrin reallaşdırılması, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində xarici investorların biznes layihələr həyata keçirməsi üçün imkanlar genişdir.
Dubay Ticarət və Sənaye Palatasının prezidenti Hamad Buamim ilə görüşdə Azərbaycan KOB-larının xarici bazarlara çıxışı, KOBİA-nın KOB-ların bilik və bacarıqlara, təlimlərə çıxışını təmin edən KOB inkişaf mərkəzləri və palatanın tərkib hissəsi olan Dubay Startap Şəbəkəsi arasında əməkdaşlıq və təcrübə mübadiləsi, Azərbaycan və BƏƏ arasında İşgüzar Şuranın yaradılması istiqamətində əməkdaşlığın davam etdirilməsi məsələləri müzakirə edilib. Həmçinin görüşdə palataya üzv şirkətlərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində investisiya layihələrinin həyata keçirilməsində iştirak edə biləcəyi və bu sahədə KOBİA-nın onlara informasiya, məsləhət, yerli tərəfdaşların tapılması, bazar araşdırması kimi istiqamətlərdə dəstək göstərə biləcəyi diqqətə çatdırılıb.

VergiMüəssisə tərəfindən çəkilən təmir xərcləri hansı formada gəlirdən çıxılır? VergiRüb üzrə gəlir olmadığı halda hesabat verilməlidirmi? VergiFiziki şəxsə məxsus əsas vəsaitlərin balansda uçota alınması VergiAlış aktı olmadan nəqliyyat vasitəsini balansa almaq qanunauyğundurmu? VergiUçotda olmayan malların satışı hansı risklər yaradır? VergiVergi borclarının silinməsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi VergiƏDV ödəyicisi başqa təsərrüfat subyekti üzrə sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi? VergiƏməkhaqqı və kompensasiyalardan vergilər necə hesablanır? Ekspert RəyiHansı hesablaşmalar mütləq olaraq nağdsız qaydada həyata keçirilməlidir? VergiFermerlər vergi hesabatlarını necə verməlidirlər?