15 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakı Fond Birjası ipoteka istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlayıb

Bakı Fond Birjası (BFB) ipoteka istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlayıb.

BFB-dən bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2010008681, AZ2011008680, AZ2012008689 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub.

İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, yanvarın 6-da AZ2010008681, AZ2011008680, AZ2012008689 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, yanvarın 6-dan etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 600 manat təşkil edir. Növbəti faiz ödəniş dövründə 3 faizlik faiz gəliri 600 manat məbləği əsasında hesablanacaq. Bakı Fond Birjasında AZ2010008681, AZ2011008680, AZ2012008689 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 600 manat olması nəzərə alınmalıdır.

VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi? VergiHansı sahibkarlıq subyektləri xammal və material sərfi normaları barədə vergi orqanına məlumat verməlidir?