6 Noyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOB klasterlərinin iqtisadi inkişafa ciddi təsiri ola bilər

Kiçik və orta biznes (KOB) klasterlərinin yaradılması üçün ən azı 10 mikro, kiçik və orta sahibkarlıq subyektinin bir klasterdə birləşməsi tələb olunur. İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev diqqəti KOB klasterlərinin üstünlüklərinə yönəldib.
Burada təşkilati işləri əsas şirkət həyata keçirir. Həmin şirkət mütləq hüququ şəxs kimi dövlət qeydiyyatına alınmalıdır. Klasterə daxil olan şirkətlər üçün müəyyən edilmiş meyarlara əsəsən, şirkət istehsal etdiyi məhsulun xammalının 50 faizini klaster iştirakçısı olan yerli istehsalçıdan almalı; eləcə də Azərbaycanda istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsul yaradılmalıdır.

Meyarlarda qeyd edilir ki, şirkət Bakıda fəaliyyət göstərərsə, işə başlamaq üçün minimum 5 milyon manat investisiya qoyulmalıdır. Bakıətrafı qəsəbələrdə və Abşeron rayonunda bu məbləğ 3 milyon manat, Sumqayıt və Gəncə şəhərlərində 2,5 milyon manat müəyyən edilib. Hazırda işğaldan azad olunan ərazilərdə, xüsusilə Füzuli, Xocavənd, Ağdam rayonlarında, eləcə də digər bölgələrdə - Tərtər, Ağcabədi, Goranboy, Göygöl, Daşkəsən, Qazax, Tovuz, Ağstafa, Lerik, Yardımlı, Balakən və Qusar rayonlarında KOB klasterləri yaradıla bilər.
KOB klaster şirkətlərinin yaradılmasını təşviq etmək üçün mühüm hüquqi şərtlər mövcuddur. Vergi Məcəlləsinin 106.1.21-ci maddəsinə əsasən, şirkət reysetrə daxil edildiyi tarixdən 7 il müddətinə mənfəət vergisindən azaddır. Bundan əlavə, KOBİA-nın təsdiqedici sənədi əsasında istehsal, yaxud emal məqsədləri üçün texnika və texnologiyaların, qurğuların idxalı zamanı əlavə dəyər vergisindən azaddır.
Vergi Məcəlləsinin 102.1.32-ci maddəsində göstərilir ki, KOB klasterinin iştirakçısı olan fərdi sahibkarın KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətinə gəlir vergisindən azad edilir.
Məcəllənin 106.1.22-ci maddəsində isə göstərilib ki, KOB klasterinin iştirakçısı olan hüquqi şəxsin KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi mənfəətin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətinə vergidən azaddır.
Vergi Məcəlləsinin 199.15 və 207.6-ci maddələrinə əsasən, KOB klaster şirkətləri KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən KOB klaster fəaliyyətində istifadə olunan əmlaklara görə 7 il müddətinə əmlak və torpaq vergisini ödəməkdən azaddırlar.
Belə hesab edirik ki, KOB klasterlərinin yaradılması, xüsusilə işğaldan azad edilən bölgələrdə onların fəaliyyətinə üstünlük verilməsi ölkədə yeni rəqabətqabiliyyətli sahələrin canlanması baxımından böyük əhəmiyyət kəsb edir.


Fərqanə Allahverdiqızı

VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ VergiMMC-də rəhbər dəyişikliyi üçün tələblər VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir?