19 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikayıl Cabbarov: İşğaldan azad edilən ərazilərin bərpası, infrastrukturun yaradılması, məşğulluğun təmin olunması qarşıya vacib vəzifə kimi qoyulub

İşğaldan azad olunan ərazilərin bərpası, infrastrukturun yaradılması, məşğulluğun təmin edilməsi qarşıya vacib vəzifə kimi qoyulub.
Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir qeyd edib ki, bu il Azərbaycanın tarixində Qələbə ili kimi qalacaq. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində qələbə qazandı, ərazi bütövlüyümüz bərpa olundu: “Yola saldığımız il ağır olsa da, düşünülmüş siyasət nəticəsində stabillik qorunub saxlanılıb. Çətinliklərə baxmayaraq, iqtisadiyyatda vəziyyət qənaətbəxşdir. Ölkə iqtisadiyyatı yüksək dayanıqlılıq nümayiş etdirib”.
“Qlobal dəyər zəncirinin qorunub saxlanılması təmin edilib. Neft hasilatının məhdudlaşdırılması ilə bu sektorda azalmalar olub. Qeyri-neft sektorunda azalmalar 2,9 faiz təşkil edib. Əsas vəzifə isə investisiya qoyuluşlarının təmin edilməsidir. Dövlət sektorunda investisiya qoyuluşları cari ildə 4 faiz azalıb. Özəl sektorda isə 8 faiz artıb”, - deyə o bildirib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?