19 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Konsepsiya işğaldan azad olunan ərazilərin tarazlı inkişafına zəmin yaradır

Prezident İlham Əliyevin tapşırığı ilə aidiyyəti qurumlar, o cümlədən İqtisadiyyat Nazirliyi tərəfindən işğaldan azad olunan ərazilərin bərpası ilə bağlı sosial-iqtisadi konsepsiya hazırlanıb.

İqtisadçı ekspert Elşad Məmmədov qeyd edib ki, işğaldan azad olunan ərazilərin inkişaf konsepsiyası həm sosial, həm iqtisadi inkişafı təmin edəcək. Strateji planlaşdırmaya əsaslanan konsepsiya işğaldan azad olunan ərazilərlə yanaşı, bütövlükdə Azərbaycanın tarazlı inkişafına zəmin yaradacaq.

“Sosial-iqtisadi inkişafın təmin edilməsinə yönəlik konsepsiyada zəruri məqam iqtisadi idarəetmə ilə bağlı bütün komponentlərin öz əksini tapmasıdır. Yəni investisiya resurslarının işğaldan azad olunan ərazilərə intensiv şəkildə istiqamətlənməsi ilə yanaşı, əmək resurslarının cəmləşməsi, intellektual potensialın və real istehsal proseslərinin bölgədə proporsional şəkildə yerləşdirilməsi kimi məsələlər diqqət mərkəzində olacaq”, - ekspert vurğulayıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsində işğaldan azad olunan ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Buraya elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və sairdaxildir.

E.Məmmədovun fikrincə, bu tendensiya növbəti illərdə də davam etdiriləcək: “Düşünürəm ki, işğaldan azad edilən ərazilərdə bütövlükdə dövlət kapital qoyuluşlarının həcmi kifayət qədər iri rəqəmlər təşkil edəcək. Bu ərazilərin iqtisadi və sosial inkişafı üçün dövlət kapital qoyuluşlarının artımı zəruridir. Bununla yanaşı, oraya özəl investisiyalar da cəlb olunmalıdır. Özəl kapital qoyuluşlarının düzgün istiqamətləndirilməsi və iqtisadi inkişafa təkan verməsi üçün dövlətin iqtisadi idarəetmə siyasəti, şübhəsiz ki, adekvat olmalıdır”.

Bazar iqtisadiyyatı şəraitində iqtisadi fəallığın təminedilməsi üçün özəl investisiyalara üstünlük verilməsini prioritet sayan E.Məmmədov bunun üçün pul-kredit siyasətində investisiya axınlarının artımını stimullaşdırmağın zəruriliyini vurğulayıb.

Fərqanə Allahverdiqızı

VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz? Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür?