13 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmlak Məsələləri Dövlət Xidməti 14 siyasi partiyanı qeyri-yaşayış sahəsi ilə təmin edib

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə aparılan uğurlu siyasi-iqtisadi islahatlar nəticəsində ölkəmizdə iqtidar-müxalifət dialoqu və siyasi plüralizm ənənələri formalaşır. Bu islahatların tərkib hissəsi olaraq siyasi partiyaların fəaliyyət imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər görülür. Belə ki, dövlət başçısının tapşırığına uyğun olaraq siyasi partiyalar iş prosesinin daha əlverişli şəraitdə yerinə yetirilməsi məqsədilə dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təmin olunur, onların iş şəraiti yaxşılaşdırılır.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daha 4 siyasi partiyaya ofis sahələrinin açarları təqdim edilib. Azərbaycan Respublikaçılar Partiyası, Azadlıq Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.
Beləliklə, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən son günlərdə 14 siyasi partiya qeyri-yaşayış sahəsi ilə təmin edilib.

VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir?