14 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan tərəfindən bu günədək Gürcüstan iqtisadiyyatına 3,6 milyard ABŞ dollarından artıq investisiya yatırılıb

Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərib. Bu qayğı, bundan sonra da davam edəcək.
Bu sözləri Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə xalqımızın ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş vebinarda söyləyib.
Diplomat bildirib ki, müstəqillik əldə edildikdən sonra Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına bu günədək 3,6 milyard ABŞ dollarından artıq investisiya qoyulub, həmçinin Gürcüstanın ən böyük vergi ödəyicisi olan SOCAR şirkəti bu ölkədə, xüsusilə azərbaycanlılar yaşayan regionlarda orta məktəblər, uşaq bağçaları, idman zallarının və digər sosial obyektlərin təmir-tikintisini həyata keçirib, eləcə də həmin şirkət tərəfindən “1+4” proqramı ilə Gürcüstanın ali təhsil müəssisələrində oxuyan 3 minədək soydaşımızın təhsil haqları ödənilib. Gürcüstan universitetlərini uğurla bitirmiş 800-dən çox soydaşımız son illər ərzində müxtəlif dövlət və hökumət strukturlarında, özəl şirkətlərdə işlə təmin olunub.

VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir?