22 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vüsal Qasımlı: Azərbaycan beynəlxalq reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı "Özbəkistanda islahatların qiymətləndirilməsi: beynəlxalq reytinqlər və indekslər" mövzusunda ikinci beynəlxalq onlayn forumda iştirak edib.
İİTKM-dən bildirilib ki, V.Qasımlı forumda “Azərbaycanda iqtisadi islahatların idarəetmə modeli” mövzusunda təqdimatla çıxış edib. O qeyd edib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi siyasət sistemli şəkildə həyata keçirilir. İslahatların həyata keçirilməsi zamanı yeni strategiyalar, proqramlar, tədbirlər planları qəbul edilərkən strateji idarəetmə ilə çevik və adaptiv yanaşma əsas vəhdət kimi götürülür. Bunun üçün özəl sektorun drayver olduğu, innovativ, nəticələrindən bütün cəmiyyət üzvlərinin bəhrələndiyi inklüziv və dayanıqlı inkişaf təmin edilir. Bunun da nəticəsi olaraq Azərbaycan beynəlxalq reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirlir.
Qeyd edək ki, forumda Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbaeva, Baş nazirin birinci müavini Camşid Kuçkarov, BMT-nin Özbəkistanda daimi koordinatoru Helena Freyzer də daxil olmaqla xarici ölkələrin hökumətlərinin, beynəlxalq maliyyə təşkilatlarının, reytinq agentliklərinin, beynəlxalq investisiya banklarının, xarici ölkələrin Özbəkistandakı diplomatik missiyalarının, yerli nazirliklərin 40-dan çox nümayəndəsi iştirak edib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?