26 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlar üçün “KOB növbə” mobil tətbiqi istifadəyə verilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) geniş rəqəmsal transformasiya proqramına başlayıb. Yeni elektron xidmətlərin istifadəyə verilməsi ilə KOBİA sahibkarlarla daha operativ təmasda olacaq, xidmətlərin keyfiyyəti yaxşılaşacaq, elektronlaşdırılması və əhatə dairəsi genişləndiriləcək.
KOBİA-dan bildirilib ki, rəqəmsal transformasiya proqramı çərçivəsində KOB evlərinin xidmətlərindən istifadə etmək istəyən sahibkarlar üçün onlayn növbə imkanı yaradılıb. Sahibkarlar “KOB növbə” tətbiqini “Android” əməliyyat sistemləri ilə çalışan mobil qurğular üzərindən yükləyə bilərlər (“GooglePlay”). Tətbiqi yükləmiş istifadəçi şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil etməklə qeydiyyatdan keçə və şəxsi kabinetini yarada bilər. Sahibkarlar mobil tətbiq vasitəsilə KOB evlərinə getmədən onlayn növbə götürməklə yanaşı, növbə sayı və növbənin bitmə vaxtı ilə tanış ola, müvafiq KOB evini seçə, müraciətdən imtina edə və ya daha yaxın ərazidə olduğu zaman aktivləşdirməni həyata keçirə bilərlər.
Mobil tətbiqin yaradılmasında məqsəd KOB evlərinə müraciət edən sahibkarlar üçün operativ xidmətin təmin edilməsi və əlavə vaxt itkisinə yol verməməkdir. “KOB növbə” tətbiqi, həmçinin pandemiya dövründə KOB evlərinə müraciət edəcək sahibkarların növbə sıxlığının aradan qaldırılması, insanlar arasında təmasın minimuma endirilməsinə imkan verəcək.
Yaxın günlərdə “iOS” əməliyyat sistemi ilə çalışan mobil qurğular üzərindən də “KOB növbə” tətbiqini yükləmək (“AppStore”) mümkün olacaq, eləcə də mobil tətbiqin imkanları və əhatə dairəsi daha da genişləndiriləcək.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?