18 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədrlərinin görüşü keçirilib

Dekabrın 9-da energetika naziri Pərviz Şahbazov ADA Universitetində İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə cari ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı İtaliya-Azərbaycan təhsiI proqramının genişləndirilməsi və İtaliya-Azərbaycan Universitetinin yaradılması məqsədilə ADA Universiteti ilə Luiss Universiteti arasında imzalanmış sazişə əsasən bu istiqamətdə işlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. ADA Universitetinin rektoru, professor Hafiz Paşayev tərəfindən qeyd edilmiş əməkdaşlıq çərçivəsində həyata keçirilmiş hazırlıq işləri ilə bağlı məlumat təqdim edilib.
Görüşdə nazir Dağlıq Qarabağ münaqişəsinin gedişatında İtaliya hökumətinin mövqeyinə görə, həmçinin dövlət katibinə ünvanlanmış məktuba qısa zaman ərzində münasibət bildirildiyi üçün qonağa təşəkkürünü ifadə edib.
Manlio Di Stefano Ermənistanın işğalından azad edilmiş Ağdama səfərinin təəssüratlarını bölüşüb. O, İtaliya şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək quruculuq işlərində iştirakda maraqlı olduğunu bildirib. Həmçinin iki ölkə arasında iqtisadi-ticarət münasibətlərinə toxunulub, İtaliya şirkətləri ilə hazırda davam edən və gələcəkdə həyata keçirilə biləcək layihələr müzakirə edilib.
Cənub Qaz Dəhlizi və layihənin son komponenti olan Trans-Adriatik boru kəmərinin əhəmiyyəti vurğulanıb, dəhliz vasitəsi ilə tezliklə Azərbaycan qazının Avropaya nəqlinə başlanmasının nəzərdə tutulduğu bildirilib.
Yekunda Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın gələn il Bakı şəhərində keçiriləcək 6-cı iclasına hazırlıq işlərinin müzakirə edilməsi məqsədilə videokonfrans formatında görüşün keçirilməsi razılaşdırılıb.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?