6 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azad edilən ərazilər yerli və xarici investorlar üçün cəlbedici olacaq

İşğaldan azad edilən rayonların bərpası və iqtisadi inkişafı, əhalinin məşğulluğunun təmin olunması Azərbaycan dövlətinin prioritet iqtisadi hədəflərinin önündə gəlir. İqtisadiyyat üzrə fəlsəfə doktoru Elçin Süleymanov həmin ərazilərdəki inkişaf perspektivləri və investisiya imkanları ilə bağlı mülahizələrini bölüşüb.

İşğaldan azad edilmiş ərazilərimizin böyük iqtisadi potensialı və təbii ehtiyatları var: bu ərazilər həm yerli və xarici investisiyaların cəlbi, həm də əhalinin məşğulluğunun təmin edilməsi baxımından dövlət siyasətinin bir parçası olacaq. İşğaldan azad edilən torpaqların iqtisadiyyata qazandırılmasının uğurlu təcrübələri vardır. 2016-cı il aprel döyüşlərindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin qısa müddətdə yenidən qurulması, yaşayış evlərinin,nəqliyyat infrastrukturunun tikilməsi, yeni müəssisələrin və iş yerlərinin yaradılması, eləcə də Naxçıvan Muxtar Respublikasında on min hektaradək ərazinin düşməndən təmizlənməsi tarixi torpaqlarımızda yeni həyatın başlanğıcı oldu...

Azad edilən rayonlar işğaldan əvvəl üzümçülük, pambıqçılıq, taxılçılıq, heyvandarlıq sahəsində xüsusi paya malik idi. Bu ərazilərin aqrar istehsal və ixrac potensialı kifayət qədər böyükdür. Xüsusilə Şuşa, Füzuli, Kəlbəcər və Zəngilan əraziləri böyük turizm potensialına malikdir. Dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarası Füzuli rayonu ərazisində yerləşir. Bu rayonlarda daxili və gəlmə turizm imkanları kifayət qədər böyükdür. İsti su mənbələri ilə zəngin Kəlbəcərdə sağlamlıq turizmiinkişaf etdirilməli, mədəniyyət turizm marşrutları bərpa olunmalıdır. Erməni vandalizminə məruz qalan ərazilərin əvvəlki vəziyyətinə qaytarılması müəyyən müddət və vəsait tələb etsə də, əminəm ki, qısa zamanda orada əhatəli layihələr reallaşadırlacaq.

Yaxın vaxtlarda Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” adlı iki su elektrik stansiyasının inşa edilməsi planlaşdırılıb və bununla işğaldan azad edilən ərazilərin elektrik enerjisi ilə fasiləsiz təminatına imkanyaranacaq. Yerli enerji tələbatının ödənilməsi və ölkənin enerji ixrac potensialının artması baxımından hər iki stansiyanın əhəmiyyətli yeri olacaq.

Təbii sərvətlərin, faydalı qazıntıların işlənilməsi investisiyaların qoyuluşu baxımından böyük perspektiv vəd edir. Son illərdə Azərbaycanın qeyri- neft ixracında qızıl mühüm yer tutur. Həm dünya bazarlarında qızılın qiymətinin yüksəlməsi, həm də bu sahədəki şirkətlərin müasir istehsal texnologiyalarına sahib olması onu deməyə əsas verir ki, işğaldan azad edilmiş ərazilərdə qızıl yataqlarının istismarı yaxın illərdə Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcək.

Azərbaycanın ümumi daxili məhsulunda aqrar və turizm sektorunun payı az olsa da, bu iki sektor məşğulluğa kifayət qədər təsir göstərən sahələrdir. Bu baxımdan, əmək qabiliyyətli əhalinin məşğulluğu üçün böyük perspektiv yaranır. Genişmiqyaslı bərpafəaliyyətləri və yeni infrastrukturun qurulması tikinti sektorunun qarşısında yeni üfüqlər açır.

Bərpa prosesində innovativ texnologiyaların tətbiqi diqqət mərkəzində olacaq. Ərazisi Azərbaycan ərazisinin yarısı qədər olan Niderland əlverişsiz iqlim şəraitinə rəğmən kənd təsərrüfatı məhsulları ixracatında dünyada ABŞ-dan sonra ikinci yerdədir. Bu uğura görə Niderland innovativ aqrar sənaye sisteminə borcludur. Ümid edirəm ki, işğaldan azad edilən ərazilərimizdə qabaqcıl ölkələrin təcrübəsindən istifadə edilərək iqtisadiyyatımızın yeni başlanğıcı yaradılacaq.

Fərqanə Allahverdiqızı

VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?