6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl edilməsi vacibdir

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə dekabrın 3-də keçirdiyi monitorinqlər zamanıXəzər rayonunda Mirhüseyn Şəfiyevə məxsus mebel salonunda, Səbail rayonunda “Araz market”də, Aybəniz Abışovaya məxsus pərakəndə ticarət obyektində, Qaradağ rayonunda Hüsniyə Məmmədovaya məxsus mağazada, Nəsimi rayonunda “Alotel telefon mağazası”nda, "Belaruski ərzaq mağazası”nda, Binəqədi rayonunda Nəsimi Mirzalıyevə, Rəşad Nağıyevə, "İceberg aqua treatment” MMC-yə məxsus pərakəndə ticarət obyektlərində, Nizami rayonunda Vüqar Babayevə məxsus mağazada, Yasamal rayonunda “Araz supermarket Yasamal”da, "Real hospital" MMC-də, Sabunçu rayonunda "Buta Farm" MMC-yə məxsus “Aptek”də, Suraxanı rayonunda “Al market”də, “Aptek-264”-də, Nərimanov rayonunda İlham Məmişova, “3S Osteosintez” MMC-yə məxsus pərakəndə ticarət obyektlərində, Xətai rayonunda Zahir Mamedova məxsus mağazada, "Buta Farm" MMC-yə məxsus “Aptek”də, ümumilikdə nəzarət tədbirləri keçirilən 475 obyektin 19-da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?