7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

33 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə noyabrın 23-də keçirdiyi monitorinqlər zamanı Xətai rayonunda “Al market”də, Kənan Lazımlıya, Zamir Alxasova məxsus mağazalarda, Yasamal rayonunda “Araz market”də, Xəqani Hümbətova məxsus şirniyyat mağazasında, Səbail rayonunda “İnsaf market”də, “Nə alsan 1 manat” mağazasında, Binəqədi rayonunda "Zeytun pharmaceuticals” MMC-yə məxsus “Aptek”də, Ramin Cəbiyevə məxsus çörək sexində, Nərimanov rayonundaRafiq Xəlilova, Eldəniz Süleymanova məxsus mağazalarda, Nəsimi rayonunda Nazim Nəbiyevə, Elnur Məmmədova məxsus pərakəndə ticarət obyektlərində, Nizami rayonundaNamiq Novruzova, Rasim Quliyevə məxsus mağazalarda, Qaradağ rayonunda Saleh İsmayılova, Rövşən Mehdiyevə məxsus pərakəndə ticarət obyektlərində, Sabunçu rayonunda Cahid İsayevə məxsus mağazada, Suraxanı rayonunda Firudin Məmmədova məxsus ərzaq dükanında, Fikrət Həsənova məxsus mağaza və dülgər sexində, Xəzər rayonunda Şahin Hacıyevə məxsus “Tikinti materiallarının satışı” mağazasında, Sumqayıt şəhərində Səidə Babayevaya, Sura Abdullayevaya məxsus mağazalarda, Abşeron rayonunda Məmmədağa Cəbrayılova məxsus tikinti malları mağazasında, Ehtiram Quliyevə məxsus mebel sexində, ümumilikdə 33 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?