30 Yanvar 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Noyabrın 25-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Hərraca çıxarılan notların həcmi 150 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar dekabrın 23-də ödəniləcək.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) çox olmamalıdır. Notların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizədək artırıla bilər. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək. Təqdim olunan sifarişlər üzrə qiymət diapazonu 99.4974 - 99.5351 AZN təşkil edir. Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.

VergiSatış məqsədilə alınan əmlak əsas vəsaitlər kateqoriyasına aid edilirmi? Ekspert RəyiAvtonəqliyyat vasitələrinin əmlak vergisinə cəlb edilməsi İqtisadiyyatMMC-lərin məcburi auditdən keçməsi nəyə görə zəruridir? İqtisadiyyatƏsas kapitala yönəldilmiş vəsaitlər artıb VergiXalis mənfəətin bölüşdürülməsi necə tənzimlənir? İqtisadiyyatSafiddin Jurayev: “Yeni beynəlxalq nəqliyyat dəhlizi Azərbaycanda və Özbəkistanda yeni bazarlar açacaq” Ekspert RəyiKənd təsərrüfatı məhsulu istehsalçısından mal aldıqda rəsmiləşdirmə və verginin hesablanması İqtisadiyyatİqtisadiyyat nazirinin birinci müavini Göyçayda vətəndaşları qəbul edəcək İqtisadiyyatSİF tərəfindən ötən il kiçik və orta həcmli layihələrə 104,2 milyon manat güzəştli kredit verilib VergiƏDV vaxtında ödənilmədikdə hansı sanksiya tətbiq olunur?