8 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlıq subyektlərində koronavirusa qarşı nəzarət tədbirləri davam edir

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə noyabrın 18-də keçirdiyi monitorinqlər zamanı Binəqədi rayonunda "Qarabağ ucuz market”də, “Aptek-193”də, Nərimanov rayonunda “Laminat evi” mağazasında, “Məhəllə market”də, Nəsimi rayonunda Rəcəb Nəsirova, İlqar Fərmanova məxsus pərakəndə ticarət obyektlərində, Nizami rayonunda Rüstəm Qədirliyə məxsus ərzaq mağazasında, Qaradağ rayonunda "Kaktus mebel salonu”nda, Sabunçu rayonunda “Fito çay” ticarət obyektində, “Eccentric–mağaza”da, Səbail rayonunda“Sevimli dad mağazası”nda, “İvanovka mağazası”nda, Suraxanı rayonunda “Oba market”də, “Al market”də, Xətai rayonunda “Elya butik” mağazasında, Xasay Əliyevə məxsus pərakəndə ticarət obyektində, Xəzər rayonunda Adil Əliyevə məxsus tikinti materialları mağazasında, Yasamal rayonunda “Avromart 5 mərtəbə” mağazasında, “Dalğa market”də, Gəncə şəhərində "Sahil uşaq geyimləri mağazası”nda, "Stimul keramika mağazası”nda, Sumqayıt şəhərində “Halal market”də, “Qayalı market”də, Abşeron rayonunda Polad Məmmədova məxsus “Ləziz şirniyyat evi”ndə, Zahir Mahmudova məxsus mağazada, Quba rayonunda Əziz Əliağayevə məxsus pərakəndə ticarət obyektində, Sabirabad rayonunda Mənsiməxanım Ağaşovaya, İlqar Ələkbərova məxsus pərakəndə ticarət obyektlərində, Şəmkir rayonunda “Billur home” mağazasında, Yasin Nəcəfova məxsus mebel mağazasında, ümumilikdə, 66 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?