“Azeri Light” neftinin bir barreli 43,32 dollara satılır
Azərbaycan neftinin qiyməti bahalaşır.
“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,39 dollar bahalaşaraq 43,32 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.