21 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azad olunmuş ərazilərin turizm potensialı çox güclüdür

İşğaldan azad edilən torpaqlarımızın zəngin təbii ehtiyatları ölkəmizin iqtisadi qüdrətinin artmasına əhəmiyyətli töhfə verəcək sahələrdən biri də turizmdir.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, Milenium Konqres Turizm şirkətinin rəhbəri Ruslan Quliyev bildirib ki, beynəlxalq tədbir və sərgilərdə Qarabağa turizm marşrutu kimi diqqət ayırmaq qarşımızda hər zaman çox çətin məsələ kimi durub. Ermənilər bu sahədə də təxribata əl atmaqdan, Qarabağı ayrı stend kimi, hətta Ermənistan xəritəsində göstərməkdən çəkinməyiblər.

R.Quliyev sovet dövründə əsas marşrutlar içərisində Qarabağ və Naxçıvan marşrutunun mövcudluğunu qeyd edərək bildirib ki, ümumittifaq əhəmiyyətli marşrutlar içərisində Qarabağ marşrutu çox populyar idi. Şuşada balneoloji mərkəzlər, kanat yollarının çəkilməsi üçün 42 il öncə anonslar verilmişdi. “Fərqlilik ondadır ki, bu bölgədə dini, ekoloji, aqroturizm, eləcə də turizmin digər növləri üçün əlverişli imkanlar var. Təkcə Zəngilanda çoxlu sayda termal su mənbələri mövcuddur.

Xudafərin körpüsü, Azıx mağarası gələcəkdə turist marşrutu ola bilər. Mədəni-tarixi abidələrimiz dağıldılsa da, onların bərpasından sonra həmin istiqamətlərə turların təşkili mümkün olacaq.

Gələcəkdə bu sahədə Türkiyə və İranla əməkdaşlığın perspektivləri böyükdür. Qars-İğdır-Naxçıvan marşrutunun, İran ərazisindən dəmiryol xəttinin çəkilməsi mümkün ola bilər. Burada dəmir yolunun çəkilməsi təyyarə ilə müqayisədə tur paketin maya dəyərini də aşağı salacaq".

R.Quliyev Qarabağ bölgəsində gəlmə turizmin perspektivlərini xüsusi qeyd edib: "Hələ Sovet vaxtı insanlar Qarabağ bölgəsinə davamlı axın edirdilər. Azıx mağarası bəşəriyyət üçün unikal əhəmiyyət daşıyan abidədir. Bundan başqa, Qarabağ bölgəsində UNESCO-nun irs siyahısına düşəcək çoxlu abidələrimiz var. Orada quruculuq bərpa işlərinin həyata keçirilməsi müəyyən zaman alsa da, Qarabağın turizm potensialından istifadə Azərbaycana iqtisadi baxımdan böyük faydalar gətirəcək".

Fəxriyyə İkramqızı

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?