7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlığın İnkişafı Fondu işğaldan azad edilmiş ərazilərdə sahibkarlığı maliyyələşdirmək niyyətindədir

“Caspian Energy Club” pandemiya dövründə 100-cü onlayn forumunu təşkil edib. Sahibkarlığın İnkişafı Fondunun (SİF) idarə heyətinin sədri Kənan Nəcəfovun iştirakı ilə keçirilən onlayn B2G Forum çərçivəsində COVID-19 koronavirus pandemiyası dövründə yerli, həmçinin xarici şirkətlərin rəhbər və nümayəndələrinin sual və təklifləri müzakirə olunub.
Bu barədə “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
“Yalnız güclü iqtisadiyyat olan yerdə güclü ordu ola bilər. Bugünkü onlayn forum pandemiya dövründə sayca 100-cüdür. Bu, biznes-hökumət dialoqunun nizamlanmasının mühümlüyündən və günün tələbi olmasından xəbər verir. Biz biznesin problemlərini öyrənmək üçün əvvəlki qaydada tədbirləri onlayn rejimdə keçirməyə davam edəcəyik. Bu, COVID-19 koronavirus pandemiyasının mövcud olduğu çətin bir dövrdə olduqca vacib və aktual olmaqla yanaşı, həm də biznes nümayəndələrinə dövlətin dəstəyini hiss etmək imkanı yaradır”, - deyə Telman Əliyev qeyd edib.
Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədri Kənan Nəcəfov Dağlıq Qarabağ və ona bitişik 7 rayonun işğalı, Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilən hərbi təxribatlar, həmçinin Azərbaycan Ordusunun zəbt edilmiş ərazilərin azad olunması və ərazi bütövlüyümüzün bərpası uğrunda gedən döyüşlərdə qazandığı qələbələrdən danışıb. K.Nəcəfov bildirib ki, mövcud və yeni proqramlar çərçivəsində Sahibkarlığın İnkişafı Fondu Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sahibkarlığı dəstəkləmək və maliyyələşdirmək niyyətindədir. Sonra fondun sədri təmsil etdiyi qurumun fəaliyyəti barədə danışıb, iştirakçılara SİF-in yeni strategiya, məhsul və xidmətləri, inkişaf istiqaməti haqqında məlumat verib. “Fond çərçivəsində sahibkarlığın subsidiyalaşdırılmasının bir neçə növü həyata keçirilir. Sahibkarlığın İnkişaf Fondunun xətti ilə 2,5 milyard manata yaxın güzəştli kreditlər ayrılıb. Bizim prioritetimiz İqtisadiyyat Nazirliyi və ölkədə fəaliyyət göstərən digər fondlarla əlaqəli şəkildə kiçik və orta sahibkarlara dəstək göstərməkdir”, - deyə Kənan Nəcəfov diqqətə çatdırıb. Fondun rəhbəri, həmçinin Sahibkarlığın İnkişaf Fondu çərçivəsində ayrılmış vəsaitin istifadəsinin iqtisadiyyatın müxtəlif sektorlarında, həmçinin aqrosənaye kompleksi, IT və turizm sahəsi, sənaye kompleksində və iqtisadiyyatın digər sahələrində həyata keçirildiyini söyləyib.
Kənan Nəcəfov daha sonra Online B2G Forum iştirakçılarının suallarını cavablandırıb və onların təkliflərini dinləyib.
Telman Əliyev açıq və səmimi dialoqa görə Kənan Nəcəfova minnətdarlığını bildirib və Sahibkarlığın İnklişafı Fondu ilə birgə işçi qrupu yaratmağı təklif edib. İşçi qrup aktual məsələlərin, təklif və problemlərin mütəmadi monitorinqini keçirməyə, operativ qaydada həll yollarını təqdim etməyə imkan verir.
Tədbirin sonunda T.Əliyev klub üzvlərindən və sahibkarlardan Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürərək dəstək olmaqlarını, həmçinin şəhid ailələrinə, orduda döyüşən əsgər və zabit ailələrinə imkan dairəsində maliyyə dəstəyi göstərmələrini xahiş edib. Şirkətlərə müraciət edən T.Əliyev vurğulayıb ki, bütün xarici tərəfdaş şirkətlərin rəhbərləri, hər bir əməkdaşı və nümayəndəsi Azərbaycanın ərazi bütövlüyü naminə apardığı mübarizəsi, Qarabağ münaqişəsi, işğal altında olan və işğaldan azad edilən torpaqlar haqqında obyektiv və düzgün məlumatlandırılmalıdır. Azərbaycan həqiqətləri dünyaya çatdırılmalıdır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?