Azərbaycan nefti bahalaşıb
Azərbaycan neftinin qiyməti bahalaşıb.
“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,2 dollar artaraq 40,98 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.