13 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Aqrar sığorta Qaydaları təsdiq edilib

Aqrar sığorta Qaydaları təsdiq edilib

Nazirlər Kabineti 431 nömrəli Qərarına izah verib.

Nazirlər Kabinetindən bildiriblər ki, “Aqrar sığorta Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 809 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə qəbul olunub.

Qərarla təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”na əsasən kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortası üzrə buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıq, kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar, akvakultura məhsulu kimi balıqlar, o cümlədən mayalanmış kürülər, sürfələr və körpə balıqlar aqrar sığorta predmeti hesab olunur.

Qaydaların tətbiqi ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının bu sahədə üzləşdikləri risklərin azaldılması, onlara dəymiş zərərin və itkilərin aradan qaldırılması, aqrar sektorun investisiya cəlbediciliyinin yüksəldilməsi, kənd təsərrüfatı sahəsində sabit biznes mühitinin yaradılması, aqrar sahədə sığortanın inkişaf etdirilməsi, o cümlədən bu sahə üzrə dövlət dəstəyi mexanizminin praktiki cəhətdən tənzimlənməsi təmin ediləcək.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?