26 Sentyabr 2022

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Noyabrın 4-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən bildirilib ki, hərraca çıxarılan notların həcmi 200 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar dekabrın 2-də ödəniləcək. Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) çox olmamalıdır. Notların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizədək artırıla bilər. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək. Təqdim olunan sifarişlər üzrə qiymət diapazonu 99.4974 - 99.5351 AZN təşkil edir. Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.

İqtisadiyyatSənaye parklarının ixracda rolu artır VergiNağdsız ödənişlər: faydalı, sərfəli və rahat VergiVergi siyasətində rəqəmsallaşma faydalı nəticələr verir İqtisadiyyatRüfət Bayramov: “Yeni sazişin icrası nəticəsində yükdaşımaların həcmində ən azı üçqat artım gözlənilir” Ekspert RəyiEzamiyyə xərcinin günlük norma əsasında hesablanması VergiAzərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları Vergi“Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları”nda dəyişikliklər edilib VergiRezidentin xarici elektron pul kisəsindən yerli bank hesabına pul köçürülərkən vergi tutulurmu? VergiƏsasnaməyə edilmiş dəyişikliklər işçilərin mənafeyinə xidmət edir Ekspert RəyiEzamiyyətdə olan işçinin əməkhaqqı necə hesablanır?