Neft qiymətləri bahalaşıb
Dünya birjalarında neft qiymətləri bahalaşır.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,34 dollar artaraq 40,80 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,30 dollar bahalaşaraq 38,86 dollar olub.