28 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yaxın vaxtlarda KOB-lar üçün onlayn satış platforması istifadəyə veriləcək

Özünüməşğulluq proqramının uğuru iştirakçıların mikro və kiçik sahibkarlıq subyektlərinə çevrilməsindədir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq tədbirlərinə xüsusi yer verilir. Prezident İlham Əliyevin 2016-cı il 7 aprel tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, özünüməşğulluq proqramı həyata keçirilir. Proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarını yaratması və inkişaf etdirməsi üçün dövlət vəsaiti hesabına birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərtilə) dəstək göstərilir. Özünüməşğulluq proqramı alternativ sosial müdafiə tədbirləri ilə müqayisədə əhəmiyyətli üstünlükləri ilə fərqlənir. Proqram ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşması, yeni iş yerlərinin yaradılması, yoxsulluq və işsizlik səviyyəsinin azaldılması, iqtisadiyyatda inklüzivliyin gücləndirilməsi kimi müsbət tərəfləri özündə ehtiva edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, bu ilin ötən dövründə 8 minə yaxın işsiz və işaxtaran şəxs proqrama cəlb olunub. Onlardan 3200-dən çoxuna biznes planlarına uyğun olaraq mal və materiallar formasında aktivlər verilməklə, kiçik ailə təsərrüfatları yaradılıb. Ümumiyyətlə, cari il ərzində proqram çərçivəsində 12 min ailənin kiçik biznesə çıxışının təmin edilməsi nəzərdə tutulur. Özünüməşğulluq proqramı çərçivəsində müxtəlif aktivlərlə təmin olunub və öz təsərrüfatını qurmuş şəxslərə növbəti mərhələdə də dövlət dəstəyi davam etdirilir. Özünüməşğulluq proqramı əsasən sosial müdafiə tədbiri kimi qiymətləndirilsə də, proqram mikro və kiçik sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər üçün də əlverişli imkanlar yaradır.

Təsadüfi deyil ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi də özünüməşğulluq proqramına dəstək göstərən qurumlar sırasındadır. KOBİA vətəndaşların özünüməşğulluq proqramına qoşulmasına, eləcə də proqram iştirakçısı olmuş və müxtəlif aktivlərlə təmin edilərək öz təsərrüfatını qurmuş şəxslərin biznesinin inkişafına dəstək olur. Bu dəstək özünüməşğulluq proqramı, eləcə də agentliyin iştirakçısı olduğu digər layihələr çərçivəsində həyata keçirilir. KOBİA özünüməşğulluq proqramına qoşulmuş iştirakçıları potensial mikro və kiçik sahibkarlar kimi dəyərləndirir və proqramın müxtəlif mərhələlərində iştirakçılara dəstək göstərir. Ümumiyyətlə, agentlik özünüməşğulluq proqramının uğurunu iştirakçıların mikro və kiçik sahibkarlıq subyektlərinə çevrilməsində görür. Bu məqsədlə KOBİA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və nazirlik yanında Dövlət Məşğulluq Agentliyi ilə sıx əməkdaşlıq edir.

KOBİA proqram çərçivəsində müvafiq aktivlər əldə edərək öz təsərrüfatını - mikro biznesini qurmuş iştirakçılara sonrakı mərhələdə bizneslərinin inkişafı üçün biznesin planlaşdırılması, məsləhət xidmətləri, güzəştli maliyyə resurslarına, satışa və bazarlara çıxış kimi istiqamətlərində ödənişsiz dəstək və xidmətlər təqdim edir. Biznesin planlaşdırılması mərhələsi üzrə proqram iştirakçılarına KOBİA-nın Bakı, Sumqayıt və Xaçmaz şəhərlərində fəaliyyət göstərən KOB inkişaf mərkəzlərinin peşəkar təlimçi-ekspertləri tərəfindən biznes planın hazırlanmasında, biznesin inkişafı üçün lazım olan resurslar, xüsusilə də dövlət dəstəyi mexanizmləri və onlara çıxış barədə informasiya və məsləhət xidmətləri göstərilir. Bu mərhələdə, həmçinin daxili bazar araşdırması mexanizmi, dövlətin güzəştli kreditlərinə və qrantlara çıxışla bağlı məlumatlar biznesini inkişaf etdirmək istəyən proqram iştirakçılarının diqqətinə çatdırılır və bu istiqamətdə onlara müvafiq dəstək təmin edilir. Satışa dəstək və bazarlara çıxışla bağlı isə KOBİA proqram iştirakçılarının ödənişsiz olaraq sərgi və yarmarkalarda iştirakına, ticarət şəbəkələrinə çıxışına dəstək olur. Yaxın vaxtlarda bu istiqamətdə başqa bir dəstək aləti - KOB-lar üçün onlayn satış platforması da istifadəyə veriləcək. Bu platformada digər KOB subyektləri kimi, özünüməşğulluq proqramının iştirakçısı olmuş və öz mikro biznesini qurmuş şəxslərə dəstək məqsədilə məhsul və xidmətlərini tanıtmaq və onlayn satışını həyata keçirmək imkanı yaradılacaq.

“İndiyədək özünüməşğulluq proqramı çərçivəsində müxtəlif aktivlərlə təmin olunmuş 30-a yaxın proqram iştirakçısı biznesin genişləndirilməsi üçün KOBİA-nın dəstək və xidmətlərindən yararlanıb. Agentlik özünüməşğulluq proqramının iştirakçısı olmuş və müxtəlif aktivlərlə təmin edilmiş proqram iştirakçılarına növbəti mərhələdə bizneslərinin inkişafına dəstək üçün KOBİA-ya və ya yaşadıqları ərazilər üzrə “KOB Dostu” ofislərinə müraciət etməyi tövsiyə edir”, - deyə agentlikdən bildirilib.

Yeri gəlmişkən, KOBİA vətəndaşların özünüməşğulluq proqramına qoşulmasına da dəstək göstərir. Proqrama qoşulmaq istəyən vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin yerli məşğulluq mərkəzləri və onlayn resurslarla yanaşı, KOBİA-nın ölkənin müxtəlif rayon və şəhərlərində fəaliyyət göstərən “KOB Dostu” şəbəkəsinə müraciət edə bilərlər. Bu prosesdə KOBİA-nın iştirakı proqrama qoşulmaq istəyən vətəndaşların müraciət imkanlarını genişləndirməklə, layihədən daha çox aztəminatlı vətəndaşların yararlanmasında əhəmiyyətlidir. KOBİA özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşlara onların məlumatlandırılması, məşğulluq mərkəzləri ilə əlaqələndirilməsi, elektron qeydiyyatı, təlim prosesində iştirak, biznes planların hazırlanması kimi istiqamətlərdə dəstək olur. Bugünədək 350-dək vətəndaş proqrama qoşulmaq üçün KOBİA-nın dəstəyindən faydalanıb.

Pandemiya ilə əlaqədar 2020-ci ildə özünüməşğulluq proqramının iştirakçıları təlimlərə cəlb edilmədən, biznes planlar əsasında müvafiq avadanlıqlarla təmin olunurlar. Artıq KOBİA-nın Xaçmaz KOB İnkişaf Mərkəzinin mütəxəssisləri və Quba-Xaçmaz iqtisadi rayonu üzrə KOB dostları tərəfindən Xaçmaz, Quba və Qusar rayonlarından olan 70-dən çox vətəndaşa biznes planların hazırlanması üçün məsləhət xidməti göstərilib. KOBİA özünüməşğulluğa dəstək layihələrindən olan “Sosial bağlar” layihəsinə də dəstək göstərir. İndiyədək 60-dək vətəndaşın “Sosial bağlar” layihəsi barədə məlumatlandırılmasına və layihəyə qoşulmasına dəstək təmin edilib.

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb