9 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Latviya ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Latviya ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs ilə görüşüb.

Görüşdə Azərbaycanla Latviya arasında əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb, qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafında rolu qeyd edilib. Ölkələrimiz iqtisadiyyatın bir sıra istiqamətləri üzrə səmərəli əməkdaşlıq edir. Ticarət əlaqələrinin şaxələndirilməsi və artırılması da prioritet istiqamətlərdəndir. Bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün yeni mexanizmlər tətbiq edilir. Belə ki, Latviyanı da əhatə etməklə Mərkəzi Avropanın 10 ölkəsi üzrə Azərbaycan Ticarət nümayəndəliyi və Riqada “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Bununla yanaşı, iki ölkənin iş adamları arasında çoxsaylı biznes forumlar, işgüzar görüşlər keçirilib, Riqaya ixrac missiyası təşkil olunub. Azərbaycan Latviya ilə həmçinin, Avropa İttifaqının Tvinninq aləti çərçivəsində də uğurlu əməkdaşlıq edir.

Mikayıl Cabbarov Ermənistanın ölkəmizə qarşı işğalçı siyasəti və bu ilin sentyabrın 27-dən Azərbaycana qarşı növbəti təxribatlara başlaması, günahsız mülki əhaliyə və mülki obyektlərə raket zərbələri endirərək törətdiyi terror və müharibə cinayətləri, Avropanın enerji təhlükəsizliyində önəmli rola malik boru kəmərlərini zədələmək cəhdləri barədə məlumat verib. Vurğulayıb ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və torpaqlarımızın işğaldan azad olunması üçün öz ərazisində uğurlu əks-hücum əməliyyatları aparır.

Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyət istiqamətlərini qeyd edən İqtisadiyyat naziri postpandemiya dövründə Latviya ilə qarşılıqlı investisiya qoyuluşlarının artırılmasının əhəmiyyətini, nəqliyyat, kənd təsərrüfatı, dövlət-özəl tərəfdaşlığı, əczaçılıq, turizm, rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Bildirilib ki, həm Azərbaycan, həm də Latviya, Avropa ilə Asiya arasında tranzit yükdaşımalarında mühüm yer tutur. Hər iki ölkədə inkişaf etmiş nəqliyyat infrastrukturunun mövcudluğu bu sahədə əməkdaşlığın genişləndirilməsinə yaxşı perspektivlər vəd edir. Görüşdə həmçinin, Latviya şirkətləri Ələt azad iqtisadi zonasının potensialından yararlanmağa dəvət edilib.

Səfir Daynis Qarançs Latviyanın Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edib. Azərbaycanda fəaliyyətindən məmnunluğunu ifadə edən səfir iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb, ölkəsinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası üzrə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Görüşdə iqtisadi-ticarət əməkdaşlığının inkişafı və digər məsələlər müzakirə edilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?