14 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşğaldan azad olunmuş Qarabağ torpaqlarını xüsusi iqtisadi zonaya çevirməliyik

2020-ci ilin sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin növbəti hərbi təxribatlarına cavab olaraq müzəffər Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməyə başlaması tariximizdə yeni bir şanlı səhifə açır.

İqtisadçı ekspert Fikrət Yusifov bildirib ki, Azərbaycan dövləti həmişə sahibkarların yanında olub və bütün mümkün yollarla onlara dəstək verib: "Bu gün on illər boyu işğal altında qalan torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığımız Vətən Müharibəsi dönəmində də dövlət işğal altında olan rayonlarda və cəbhəyanı ərazilərdə qeydiyyatda olan mikro və kiçik sahibkarlıq subyektlərinə baş vermiş hadisələr nəticəsində dəymiş maddi zərərin təsirinin azaldılması, sahibkarlıq fəaliyyətinin normal bir formada davam etdirilməsi məqsədilə həmin subyektlərə kömək əlini uzatdı. Müvafiq qanunvericilik aktında aparılan dəyişiklik nəticəsində 2013 vergi ödəyicisinin 6 milyon 544, 3 min manat məbləğində, o cümlədən tam və qismən işğal altında olan rayonlar üzrə 191 vergi ödəyiicisinin 103 min manat, cəbhəyanı rayonlar üzrə isə 1822 vergi ödəyicisinin 6 milyon 441, 4 min manat məbləğində maliyyə sanksiyası ləğv edilib.

F.Yusifov bunun hələ bir başlanğıc olduğunu qeyd edib: "Dövlətimiz torpaqlar işğal edildikdən sonra bu ərazilərdə fəaliyyət göstərəcək biznes strukturları üçün xüsusi vergi imtiyazları və digər yardım paketlərini nəzərdə tutan addımlar atacaqdır. Biz işğaldan azad olunacaq Qarabağ torpaqlarını xüsusi iqtisadi zonaya çevirməliyik. Bu, həm yerli, həm də xarici investorların daha böyük həcmlərdə investisiya qoyması üçün əlverişli şərait yaradacaq".

Fəxriyyə İKRAMQIZI

VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir?